“ABŞ-ın bəyanatı təhqiredicidir”x9d  - Putindən sərt cavab

“ABŞ-ın bəyanatı təhqiredicidir”x9d - Putindən sərt cavab

Hazırda oxunan: “ABŞ-ın bəyanatı təhqiredicidir”x9d - Putindən sərt cavab

118599
Ağ Ev nümayəndəsinin prezident Putinin ünvanına işlətdiyi təhqiredici ifadələr Rusiyada 2018-də baş tutacaq seçki kampaniyasından öncə dövlət başçısını ləkələməyə hədəflənib.

“Qafqazinfo”x9d Rusiya KİV-nə istinadən xəbər verir ki, belə bir açıqlama ilə Putinin mətbuat katibi Dmitriy Peskov çıxış edib. Peskov onu da əlavə edib ki, Putin 2018-ci il prezident seçkilərinə qatılıb-qatılmayacağı ilə bağlı hələ qərar qəbul etməyib.xa0

Peskov hələ seçkilərə çox vaxt qaldığını deyərək hazırda belə bir qərar qəbul etməyə ehtiyac olmadığını bildirib:

“Görürük ki, okeanın o tayında bizdəki seçkilərlə bağlı artıq hazırlıqlara başlanılıb. Rusiyada prezident seçkilərinə iki ildən çox vaxt var, lakin görünür hazırlıqlar artıq başlayıb”x9d.xa0

O qeyd edib ki, Putin Ağ Evin bəyanatı ilə tanışdır və xa0ABŞ-ın Rusiya hökumətinin korrupsiyalaşması ilə bağlı bəyanatını qəbuledilməz və təhqiredici hesab edib.xa0

“Misal üçün, əgər mən Barak Obamanı korrupsiyada ittiham etsəydim, dərhal postumdan azad edilərdim”x9d.

Xatırladaq ki, bu həftə antirusiya sanksiyaları hazırlayan ABŞ Maliyyə nazirinin nümayəndəsi Adam Şubin Putini “korrupsiyanın təcəssümü”x9d adlandırmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO