Zelenski silah yardımı üçün Qərbə SƏSLƏNDİ – “Bu il Rusiya təcavüzünə son qoymaq lazımdır”

Zelenski silah yardımı üçün Qərbə SƏSLƏNDİ – “Bu il Rusiya təcavüzünə son qoymaq lazımdır”

Hazırda oxunan: Zelenski silah yardımı üçün Qərbə SƏSLƏNDİ – “Bu il Rusiya təcavüzünə son qoymaq lazımdır”

113131

Ukrayna prezidenti Zelenski müharibənin uğurla bitməsi üçün Qərbdən dəstək istəyib. O, bu il Rusiya təcavüzünə son qoymaq üçün silah yardımına ehtiyac olduğunu bildirib.  

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski bu barədə videomüraciət edib. O, çıxışında Fransa prezidenti Emmanuel Makronla telefon danışığı apardığını və Fransanın ölkəsinə təkərli tanklar göndərəcəyini bildirib.

Fransanın bu silah dəstəyinin əhəmiyyətinə işarə edən Zelenski silah yardımının Avropanın təhlükəsizliyi üçün də vacib olduğuna diqqət çəkib:

“Bu il Rusiyanın təcavüzünə son qoymaq lazımdır və terrorçu dövlətin məğlubiyyətini sürətləndirə biləcək müdafiə vasitələrinin heç birini gecikdirməmək vacibdir”.

Rusiyanın Ukraynaya qarşı yeni hücum dalğasına hazırlaşdığını iddia edən Zelenski məsələ ilə bağlı bəzi ölkələrin liderlərini məlumatlandırdığını da vurğulayıb. 

Əsas məqsədlərinin bütün Ukrayna torpaqlarının azad edilməsi olduğunu qeyd edən Zelenski ölkəsində tezliklə sülhün bərqərar olmasının vacibliyini qeyd edib. 

Zelenski bəyan edib ki, Rusiya ordusu Donetsk bölgəsində hərbi varlığını artırmağa davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO