Putin Suriyaya yeni vertolyotlar göndərdi   - VİDEO

Putin Suriyaya yeni vertolyotlar göndərdi - VİDEO

Hazırda oxunan: Putin Suriyaya yeni vertolyotlar göndərdi - VİDEO

111133
Rusiya Suriyaya yeni hərbi texnika göndərib. Belə ki, “Mi-35M”x9d döyüş vertolyotları Suriyanın Hmeymim aviabazasında peyda olub. Bunu RT telekanalının aviabazada apardığı çəkilişlərdən də görmək olar.

Moderator.az  virtualaz.org-a istinadən xəbər verir ki, indiyədək Suriyaya “Mi-35M”x9d döyüş vertolyotları göndərilməyib və onlardan bu ölkədəki əməliyyatlarda istifadə olunmayıb. Bu hava döyüş maşınları əvvəllər yalnız İraqa ixrac olunub.

“Mi-35M”x9d döyüş vertolyotları “Mi-24V”x9d vertolyotlarının modernləşmiş variantıdır. Təkmilləşdirilmiş konstruksiyaya malik bu vertolyotlar 2005-ci ildən seriya istehsalına buraxılıb.

Xatırladaq ki, Rusiya sentyabrın 30-dan etibarən Suriyadakı hərbi əməliyyatlarda iştirak edir. Rusiyanın aviasiya qrupu Latakiya şəhərinin yaxınlığındakı Hmeymim aviabazasında yerləşir. Rusiyanın burada 70 hərbi təyyarəsi döyüş növbəsi çəkir.

Rusiyanın Suriyadakı hərbi-dəniz qüvvələrinə isə 10 gəmi daxildir. Onların 6-sı Aralıq dənizində döyüş növbəsindədir. Latakiya sahillərində də “Moskva”x9d raket kreyseri növbə çəkir. Xəzər donanmasının gəmiləri isə oktyabrın 7-də və noyabrın 20-də əməliyyatlara cəlb olunub.

Türkiyə F-16-ları noyabrın 24-də Rusiyanın Su-24 bombardmançısını vurandan sonra Rusiya Suriyadakı aviabazaya S-400 zenit-raket komplekslər də yerləşdirib. Dekabrda Rusiya İŞİD yaraqlılarının mövqelərinə ilk dəfə olaraq Aralıq dənizindəki “Rostov Don”x9d sualtı qayığından zərbələr endirib.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO