Sabunçuda qadını amansızlıqla bıçaqlayan şəxs TUTULDU

Sabunçuda qadını amansızlıqla bıçaqlayan şəxs TUTULDU

Hazırda oxunan: Sabunçuda qadını amansızlıqla bıçaqlayan şəxs TUTULDU

99427

Tanışını qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, oktyabrın 14-ü saat 03 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Vüsalə Əliyevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1991-ci il təvəllüdlü Tərlan Qafarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Vüsalə Əliyevaya bıçaqla 12 xəsarət yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Tərlan Qafarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO