Metro stansiyalardan birində bağlanan xətt açıldı

Metro stansiyalardan birində bağlanan xətt açıldı

Hazırda oxunan: Metro stansiyalardan birində bağlanan xətt açıldı

96797
Bakı Metropoliteninin “Cəfər Cabbarlı”x9d stansiyasının təmirə bağlanan ikinci xətti açılıb. 

“Bakı Metropoliteni”x9d QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Moderator.az-a bildirib ki, bu gün səhər saatlarından stansiyanın ikinci xətti sərnişinlərin istifadəsinə verilib.

O qeyd edib ki, qatarlar arasında interval da əvvəlki vəziyyətə qaytarılıb, yəni, 10 dəqiqədən 8 dəqiqəyə qədər azaldılıb.

Qeyd edək ki, fevralın 9-da bağlanan xəttin bu ilin sonuna qədər açılması planlaşdırılırdı, lakin təmir işləri vaxtından qabaq yekunlaşdırılıb.

Xatırladaq ki, bundan əvvəl də hər iki xətt mütəmadi istifadə olunmurdu, bir xətdən gələn qatar digəri ilə yola salınırdı. Tunel boya işləri və korroziyanın yol açdığı bəzi problemlərlə əlaqədar sağlamlaşdırma işləri üçün bağlanmışdı. “Cəfər Cabbarlı”x9d stansiyasının təmirə bağlanan ikinci xətti, fevralın 9-da bağlanmışdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO