4 ay əvvəl Azərbaycana təxliyə edilən ukraynalı bacı-qardaş məktəbə YERLƏŞDİRİLDİLƏR

4 ay əvvəl Azərbaycana təxliyə edilən ukraynalı bacı-qardaş məktəbə YERLƏŞDİRİLDİLƏR

Hazırda oxunan: 4 ay əvvəl Azərbaycana təxliyə edilən ukraynalı bacı-qardaş məktəbə YERLƏŞDİRİLDİLƏR

92801

4 ay əvvəl valideynləri Ukraynada həlak olan və Azərbaycana təxliyə edilən uşaqlar məktəbə yerləşdirilib. 

Bu barədə Bizim.Media-ya uşaqları himayəsinə götürən əmiləri Ramil Mahmudov məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Valideynləri Ukraynada həlak olan azərbaycanlı uşaqlarla VİDEOREPORTAJ 


Qeyd edək ki, may ayında Ukraynanın Xarkov şəhərində həlak olmuş Azərbaycan vətəndaşı Emin Mahmudov və həyat yoldaşı Lyudmila Mahmudovanın yetkinlik yaşına çatmayan 3 övladı Azərbaycana təxliyə edilib. Hər üç uşağı əmiləri Ramil Mahmudov himayəsinə götürüb. 

Ramil Mahmudovun sözlərinə görə 4 aydır vətəndə yaşayan 15 yaşlı Renata Mahmudova, 12 yaşlı David Mahmudov və 5 yaşlı Dayana Mahmudova artıq Azərbaycana alışıblar:

“Sadəcə böyük qız Renata Mahmudova Psixi sağlamlıq Mərkəzində həftədə bir dəfə psixoloq yanına gedir. O, və qardaşı David Yasamal rayonu İlqar ibrahimov adına 167 nömrəli məktəbin rus bölməsinə yerləşdiriliblər. Renata 10-cu, David isə 6-cı sinifdə təhsil alacaq. Kiçik qız Dayananın isə 117 nömrəli uşaq bağçasına yerləşdirilməsi üçün müraciət etmişəm”, - deyə əmi qeyd edib.

Qeyd edək ki, sözügedən uşaqların valideynləri rus ordusunun Ukraynaya hücumu zamanı martın 4-də yaşadıqları evin həyətinə düşən mərmi nəticəsində dünyasın dəyişiblər.  

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO