Dünən günorta saatlarında Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.xa0
Moderator.az DİN-ə istinadən xəbər verir ki, avqustun 6-da saat 16 radələrində H.Cavid prospektində qeydə alııb.
Bakı şəhər sakini Ruslan İsmayılov idarə etdiyi “Daewoo”x9d markalı avtomobillə yolu keçən paytaxt sakini Seyid Nisə Seyid Rzayevanı vurub.xa0
Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.
***
Qeyd edək ki, 1947-ci il təvəllüdlü Seyid-Rzayeva Seyid-Nisə Mir Tağı qızı xa0Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. O, 1980-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. “Yarımkeçiricilər fizikası”x9d üzrə dosent elmi adına layiq görülüb. Faktı institutun direktor müavini Cavad Abdinov da "Qafqazinfo"ya açıqlamasında təstiqləyib.xa0



































































































