Polisin tələbinə əməl etməyən sürücü həbs olundu

Polisin tələbinə əməl etməyən sürücü həbs olundu

Hazırda oxunan: Polisin tələbinə əməl etməyən sürücü həbs olundu

87647

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə polisin qanunu tələbinə əməl etməyən yük maşınının sürücüsü həbs edilib.

Bu barədə Bizim.Media-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, avqustun 7-də Əmirli Zamiq Əmir oğlu idarə etdiyi 15-BH-564 dövlət nömrə nişanlı, “KamAZ” markalı yük maşını ilə stasionar postda yol polisinin “Saxla” işarəsinə əməl etməyərək hərəkətini davam etdirib.
DYP əməkdaşları onu saxlamağa müvəffəq olub. Polisin qanuni tələblərinə əməl etmədiyinə görə, barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Əmirli Zamiq Əmir oğlu sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 1 ay müddətində inzibati qaydada həbs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO