Moderator.az-ın verdiyi xəbərə görə, “Əlillər Dünyası”x9d qəzeti və ”x9dBeynəlxalq Əlillər Cəmiyyəti”x9d İctimai Birliyinin əməkdaşları bu günlərdə əlilliyi olan insanların problemləri ilə bağlı Zaqatala və Qax rayonlarında olmuşlar. Qax rayonunda yaşayan 2-ci qrup Qarabağ müharibəsi əlili Vüqar Cəmilovun ailəsinin müraciəti ilə ünvanlı sosial yardım alınması və Vüqarın cərrahi əməliyyat olunması işində yaxından köməklik göstərmişlər. Zaqatala royonunda da əlilliyi olan insanların problemləri ilə bağlı müsbət nəticələri olan görüşlər keçirilmişdir.
Səfər zamanı hər iki təşkilatın əməkdaşları Qax rayonunun Ləkit kəndi ərazisində yerləşən “Bal evi”x9dnin əməkdaşları ilə də görüşmüşlər. Məlumdur ki, arıçılıq çox qədim tarixə malikdir. Son illər respublikamızda bu sahənin inkişafına da böyük diqqət yetirilir. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”x9dnda arıçılığın inkişafının qarşıya mühüm bir vəzifə kimi qoyulmasından əlavə, arıçılığı daha da inkişaf etdirmək məqsədilə ölkəmizdə “Arıçılıq haqqında”x9d Qanun da qəbul edilmişdir. “Bal evi”x9dnin Baş arıçısı, Qarabağ müharibəsi iştirakçısı Vaqif Yusifov əməkdaşlarımızla söhbət zamanı bildirmişdir ki, Qax rayonunun arıçıları da bu sahənin inkişafına öz töhfələrini verirlər. Müəssisənin Bakı şəhərində yerləşən laboratoriyasında hazırlanan arı südü, propolis, çiçək tozu - ümümilikdə 10 çeşiddə arı məhsullarından ibarət dərman preparatları insanların təbii yolla müalicəsində əvəzedilməz vasitələr sayılır. Yeni yaradılmasına baxmayaraq, artıq müəssisə respublikamızda və xarici ölkələrdə tanınmışdır. Bir çox xarici ölkələrdən, eləcə də Yaponiya kimi inkişaf etmiş ölkədən mütəxəssislər gələrək bu müəssisənin fəaliyyəti və təbii arı məhsulları ilə yaxından tanış olur, müqavilələr imzalayırlar.
Vaqif Yusifov Qax Rayon arıçılar birliyinin sədri Bədrəddin Həsrətovun bu sahə üzrə Rusiya Federasiyasında 5 il işləmiş və atrıq müəyyən təcrübəyə malik bir mütəxəssis olduğunu söylədi. O, “Bal evi”x9dnin məhsullarının ölkəmizdə və qardaş Türkiyədə keçirilən Bal sərgilərində nümayış etdirildiyini və hazırda da qarşılıqlı təcrübə mübadiləsi üçün Türkiyəyə dəvətli olduqlarını bildirdi.
Onu da qeyd edək ki, Vaqif Yusifovun özü də bu sahədə təsadüfü adam deyil. Hələ sovet dövründə xüsusi arıçılıq təhsili almış Vaqif Yusifovun 2 övladından biri ”“qızı Elvira da atasının yolunu davam etdirir. O, “Bal evi”x9d laboratoriyasının əməkdaşıdır.


































































































