Hər birimiz başa düşməliyik ki, ölkəmizdə 8-9 milyon insan hələ virusa yoluxmayıb. Bunların içərisində risk qrupunda olanlar varsa, mütləq vaksin olunmalıdırlar.
Bizim.Media xəbər verir ki, bunu Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, vaksinləmənin əhəmiyyəti ağırlaşan xəstələrin sayının az olmasıdır.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycana 4 milyon doza vaksin gətiriləcək
“Biz strategiyanı açıqlayanda uşaqları və gəncləri əlavə etmədim. Hədəfimiz xroniki xəstəliyi olanlar, yaşlı şəxslərdir. Biz bu mübarizədə tibb işçilərimizi itirdik. Hər kəs vaksinasiyaya ciddi yanaşmalıdır”.
Y.Qarayeva bildirib ki, vaksin vurduran insan yaxınları üçün təhlükəli ola bilməz:
“Vaksin vuran kimi insanı qorumur. Bu, bütün vaksinlərə aiddir. Vaksinasiyadan bir müddət insan bədənində qoruyucu maddələr əmələ gəlməyə başlayır. Peyvənd vurulandan sonra qorunmaya ciddi əməl etməlidirlər”.
Bizim.Media