Yaralanan əsgərimizin toyu oldu

Yaralanan əsgərimizin toyu oldu

Hazırda oxunan: Yaralanan əsgərimizin toyu oldu

86795
Ötən ilin bu vaxtları Ermənistan qoşunlarının təmas xəttində ağır yaralanan əsgərlərimizdən biri, Əsgərov Elvin Mayıl oğlunun bu gün Sabirabad rayonunda toy mərasimi olub. 


Moderator.az modern.az-a istinadən xəbər verir ki,  toy Yeni Azərbaycan Partiyası və Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.

Toyda millət vəkilləri Məlahət İbrahimqızı və Sevinc Hüseynova, Sabirabad rayon icra hakimiyyətinin başçısı, YAP Sabirabad rayon təşkilatının rəhbərliyi iştirak edib. 

Xatırladaq ki, erməni diversiya-təxribat cəhdlərinin qarşısını alınarkən yaralanan Elvin Əsgərov ötən ilin avqustun 9-da müalicə üçün Türkiyəyə yola salınmışdı.

Onun müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) üzərinə götürmüşdü.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO