
- A-
- A
- A+
Cəmiyyət
22:34 / 15.07.2015
1 dəq oxunma
Azərbaycanda tatu döydürənlərə xəbərdarlıq - VİDEO
Hazırda oxunan: Azərbaycanda tatu döydürənlərə xəbərdarlıq - VİDEO
86005
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Strelizə olunmamış iynələrlə müştərilərə tatu vururlar.
Tatu döydürən və gözəllik salonlarından istifadə edənlər daha ehtiyyatlı olsun. Əks təqdirdə hepatit və aids kimi xəstəliklərə yoluxma təhlükəsi var.
Moderator.az-ın xəzərxəbər-ə istinadən məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin əməkdaşlarının reydləri belə göstərir.
Strelizə olunmamış iynələrlə müştərilərə tatu vururlar. Bu azmış kimi salonda bütün xidmətlər natəmiz şəraitdə həyata keçirilir.
Görüntülər paytaxtın Səbail rayonunda fəaliyyət göstərən gözəllik və tatirovka salonlarındakı reyitdəndir. Standarlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşlarının 2 obyektə baxışı dəhşətli mənzərəni üzə çıxarıb.
Reyd zamanı tatirovka salonlarında strelizə aparatlarının olmadığı aşkar edildi. Reyddə tatuda istifadə edilən yararlıq müddəti ötmüş məhlullar da ortaya çıxarılıb. Gözəllik salonunda isə müştərilərə natəmiz vəziyyətdə olan alətlərlə xidmət göstərildiyi məlum olub.
Səbail rayonu Nizami və Tərlan Əliyarbəyov küçələrində yerləşən bu salonlardan istifadə edənlər diqqətli olmalıdırlar. Vəziyyət göstərir ki, burda AİDS və Hepatit kimi xəstəliklərə yoluxma ehtimalı yüksəkdir. Salonlarda aşkar edilən faktlarla bağlı sahibləri Zərifə Samuyeva və Telman Əliyarbəyov 1500-2000 manat arasında cərimə olunublar. Onların obyektləri də bağlanılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün

































































































