Milli Məclisə seçkilər ərəfəsi Qərbə sərt mesaj...

Milli Məclisə seçkilər ərəfəsi Qərbə sərt mesaj...

Hazırda oxunan: Milli Məclisə seçkilər ərəfəsi Qərbə sərt mesaj...

85783

I Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı Qərbdə bu oyunları baykot etmək, Azərbaycanı gözdən salmaq, dünyada onun imicini korlamaqla bağlı apardığı intensiv informasiya müharibəsi böyük anlamda iflasa uğradı. İnformasiya mübarizəsində qalib gəlməsi, bu Oyunları Olimpiya Oyunları səviyyəsində təşkil edib həyata keçirməsi Azərbaycanın özünə olan inamının möhkəmlənməsi ilə nəticələndi və bu inamının açıq şəkildə bəyan edilməsi özünü çox gözlətmədi... İyul ayının 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu inamı ifadə edən prezident İlham Əliyev qeyd etdi ki: “Mən bəzi hallarda dövlət məmurlarından, deputatlardan, ictimai xadimlərdən eşidirəm ki, biz Avropaya inteqrasiya etməliyik. Siz bunu deyəndə bir düşünün. Birincisi, Prezidentin mövqeyini bilməlisiniz. İkincisi, siz necə inteqrasiya edəcəksiniz, hansı formada inteqrasiya edəcəksiniz? Bu inteqrasiya sizə lazımdırmı, yoxsa yox? Hansı simada Azərbaycanı orada qəbul etmək istəyirlər? İkinci dərəcəli üzv kimi, assosiativ üzv kimi, yaxud da kənardan sanki yapışan bir ölkə kimi? Bu format bizə lazım deyil. Biz hara lazımdırsa inteqrasiya etmişik...”x9d

Avropa strukturlarına inteqrasiyanın gözlənilən nəticəni vermədiyini önə çəkən Prezident sonra qeyd etymişdir ki: “Mən hesab edirəm ki, əgər bu gün biz bu vəziyyəti nəzərə alaraq seçim etməli olsaydıq, bəlkə də Avropa Şurasına da üzv olmazdıq. Azərbaycanı nə qədər təhqir etmək olar? Bizi nə qədər alçaltmaq cəhdləri göstərilə bilər? Artıq bizim hövsələmiz tükənib. Biz Avropa Şurasız da yaxşı yaşaya bilərik, yaşamışıq da. 2001-ci ilə qədər yaşamışıq. O vaxt Azərbaycanda vətəndaş müharibəsi, erməni işğalı, siyasi böhran, iqtisadi tənəzzül yaşanırdı. Yaşamışıq, ölməmişik”x9d... Kifayət qədər sərt ifadə edilmiş fikirlərdir!

Hər şeydən göründüyü kimi, Qərbin hakim dairələrinin, Azərbaycanın bədxaxlarının ölkəmizə qarşı çirkin kompaniyasına son verməyəcəkləri, əksinə, I Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı informasiya müharibəsindəki məğlubiyyətləri ilə barışmayacaqları, refanş götürməyə cəhd edəcəkləri heç kəs üçün sirr deyil və bunun üçün bəhanə də var. Əminliklə demək olar ki, Azərbaycanı sevməyən, ölkəmizdə qarşıdurma yaratmağa cəhd edən bədxaxlarımız Milli Məclisə qarşıdan gələn seçkilərlə bağlı ölkəmizə qarşı qərəzli qarayaxmalarını daha “düşünülmüş”x9d və daha geniş şəkildə həyata keçirməyə cəhd edəcəklər. Sözügedən iclasda Prezidentin qeyd edilən və digər fikirləri bədxaxlarımızı bəd əməllərindən daşındırmaq üçün Qərbə yönəlmiş sərt mesajı kimi qəbul edilə bilər.

Fikrimizcə, Azərbaycan Avropa strukturlarına bərabərhüquqlu üzv kimi inteqrasia etmək istiqamətində fəaliyyətini davam etdirməli, eyni zamanda Qərbə onu tənqid etmək üçün əsaslar yarada biləcək bəhanələr verməməlidir. Bunun üçün ilk növbədə ölkəmizdə demokratik və açıq cəmiyyət yaradılması, siyasi plüraizmin inkişafı istiqamətlərində səylər genişləndirilməli, Milli Məclisə qarşıdan gələn seçkilərin daha mütəşəkkil, azad, şəffaf keçirilməsinə nail olunmalıdır.

14.07.2015
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO