Bakıda YPX avtomobili qəzaya düşüb, polis xəsarət alıb

Bakıda YPX avtomobili qəzaya düşüb, polis xəsarət alıb

Hazırda oxunan: Bakıda YPX avtomobili qəzaya düşüb, polis xəsarət alıb

82699

Bakıda Yol Patrul Xidməti (YPX) avtomobili qəzaya düşüb. 

Bizim.Media xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, hadisə Ziya Bünyadov prospektindəki tuneldə baş verib: 

"Qəzadan öncə tunelin içərisini yuyublar. Yer sürüşkən olub. YPX avtomobili tuneli yumaq üçün su daşıyan maşınla toqquşub.

Nəticədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir”. 
Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO