Respublika Günündə qadınların rolu mövzusunda dəyirmi masa keçirildi

Respublika Günündə qadınların rolu mövzusunda dəyirmi masa keçirildi

Hazırda oxunan: Respublika Günündə qadınların rolu mövzusunda dəyirmi masa keçirildi

79508
DAK qadınlar şurasının və"Dünya"ana və uşaqlar ictimai brliyin sədri Dünyaxanım Əliyevanın təşkilatçılığı ilə "28 may Respublika Günü və Güney Azərbaycan Milli Hərəkatında Qadınların Rolu" mövzusunda "Dəyirmi Masa" keçirilib. Toplantı Demokratik Dünya Azərbaycanlıları Partiyasının (DADP) qərargahında baş tutub. Tədbiri giriş sözü ilə açan DAK qadınlar şurasının sədri D.Əliyeva 1918-ci ildə Xalq Cumhuriyyətinin yaradılması və onun tarixi əhəmiyyətindən söz açıb. O, bildirib ki, bugünkü Azərbaycan Respublikası Xalq Cumhuriyyətinin varisidir. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. D.Əliyeva Güney Azərbaycan Milli Hərəkatından söz açaraq prosesdə qadınların rolunun vacibliyini də diqqətə çatdırdı. Daha sonra sözü DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimliyə verib. S.Rəhimli 1918-ci ildə gedən proseslərdən danışıb, o dövrün tarixi mənzərəsini şərh edib və ADR-in qurucularının fədakarlığından söz açıb.Güney Azərbaycan Milli Hərəkatından danışaraq bu günkü durum barədə məlumat verib. S. Rəhimli bildirdi ki, Güney Azərbaycan Milli Hərakatının bəzi dünya gücləri fərqli şəkildə təqdim edirlər: "Amma bu bir millətin azadlıq mücadiləsidir və milli hərəkatın məqsədi əsarət altında olan millətin öz azadlığına qovuşmasıdır". S.Rəhimli İran rejiminini Azərbaycan türklərinə basqısının bütün sahələri əhatə etdiyini deyib. Təbrizin "Traktorsazi" klubunun bilərəkdən çempionluqdan məhrum edilməsinin basqıların hansı səviyyədə olduğunu göstərdiyini deyib. O, türklərin futbol klubunun qalibiyyətinin belə, rejim tərəfindən həzm olunmadığını vurğulayıb. Daha sonra çıxış edən DAK daimi şurasın sədri Əjdər Tağızadə İran rejiminin Azərbaycan türklərinə təzyiqi, azadlıq istəyən hərəkatçıların zindanlara doldurulması, onlara işgəncələr verilməsindən söz açıb. Həmçinin İranda qadınlara qul kimi baxıldığı, onların ictimai siyasi həyatdan uzaq tutulduğu, qadın hüquqularınını yox dərəcəsində olduğu bildirdi. Sonra çıxış ucun söz Tofiq Əlizadəyə verildi.O,1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin ”“ Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimləri-nin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. T. Əlizadə eyni zamanda M.Ə.Rəsulzadə ilə bağlı bir neçə tarixi faktları toplantı iştirakçılarının diqqətinə çatdıraraq bildirdi ki, M.Ə.Rəsulzadə Stalini ölümdən xilas etmişdir.Bakının Balaxanı kəndində neftçi fəhlələr onu neft quyusuna atmaq istəmişdilər. Bu zaman Rəsulzadə onun köməyinə çatmışdır.Sovetlər birliyi Azərbaycanı işğal edəndə Stalin artıq Sovetlərin 2-ci vəzifəli şəxsi idi.Bu zaman Stalin Lenindən xəbərsiz M.Ə.Rəsulzadəni İsmayıllının Lahıc qəsəbəsindəki həbsxanadan qaçırtmışr və özü ilə Moskvaya gətirmişdir.Burada ona bir çox vəzifələr təklif olunsa da M.Ə.Rəsulzadə Sovetlər birliyinə xidmət etməkdən imtina etmişdir.1922-ci ildə Stalindən xəbərsiz Rəsulzadə qayıq ilə Finlandiyaya qaçır.Stalin bundan xəbərdar olsada göz yumur.Həyatında ilk dəfə yaxşılığı itirməyən Stalin gələcəkdə bundan çox peşman olur.Səbəb isə Rəsulzadənin Avropa və Türkiyədə Bolşeviklərə qarşı böyük mübarizə aparması idi.Nəticədə 1937-ci ildə Rəsulzadənin ailəsi Stalinin göstərişi ilə Qazaxıstana sürgün olunmuşdur. Toplantıda Taleh Əliyev, Qəşəm İlqar, Esmira Şukurova ,Həbib Əliyev, Simuzər Nüsrətbəyli və digərləri Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratması, mürəkkəb tarixi bir dövrdə öz müstəqilliyini və suverenliyini qoruması və möhkəmləndirməyi bacarması, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitliyin bərpa edilməsi ətrafında söz açmış və bildirdilər ki, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO