Azərbaycanlı müğənni 200 min xərcləyib Şamaxıya su çəkdirdi  - FOTOLAR

Azərbaycanlı müğənni 200 min xərcləyib Şamaxıya su çəkdirdi - FOTOLAR

Hazırda oxunan: Azərbaycanlı müğənni 200 min xərcləyib Şamaxıya su çəkdirdi - FOTOLAR

77474
Muğam ifaçısı Elnarə Abdullayeva 200 min manat pul xərcləyərək Şamaxının kəndinə çəkdirdiyi 12 bulağın açılışını edib. 

Moderator.az-ın məlumatına görə, açılış mərasimində xanəndə ilə yanaşı Qobustan Rayon İcra nümayəndələri, xalq artisti Alim Qasımov, kənd sakinləri və jurnalistlər iştirak edib.    

Təəssüratlarını bölüşən Abdullayeva xoşbəxt olduğunu bildirib: “Uzun müddətdir ki, bu günü gözləyirdim. Allahın köməkliyi ilə kəndimizə su çəkdirdim. Çox xoşbəxtəm. Əslində, bu haqda heç yerdə açıqlama vermək istəmirdim. Məscid tikdirəndə yaxınlarıma tapşırdım ki, heç yerdə məscid tikdirdiyimi deməsinlər.  Bu dəfə qardaşım dedi ki, sənin bu addımın bir dəvətdir. Kimlərsə sənə baxıb belə bir addım ata bilər. Allahdan nə istədimsə, mənə qismət etdi. Allahıma minnətdaram”x9d.

Xalq artisti Alim Qasımov jurnalistlərə açıqlamasında xanəndənin böyük addım atdığını bildirib: “Hər kəs xeyirxah işlər görmək istəyir. Elnarənin atdığı addım böyükdür. Su saflıqdır, təmizlikdir. Kəndə bulaq çəkdirməyi də Allah Elnarəyə qismət edib. Fəxr edirəm ki, həmkarımız belə bir xeyirxah iş görüb. Bu bulaqlar Elnarə bulaqları olaraq tarixə düşsün. Bir daha təbrik edirəm”x9d.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO