- A-
- A
- A+
Cəmiyyət
15:12 / 29.04.2015
1 dəq oxunma
Çəpər çəkmək üçün quyu qazdı, içindən neft çıxdı - VİDEO
Hazırda oxunan: Çəpər çəkmək üçün quyu qazdı, içindən neft çıxdı - VİDEO
76532
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
”x9dSetka çəkmək üçün quyu qazdıq. Gördüm ki, yerdən neft iyi vurdu. İylədim, gördüm ki, neft iyidir. Ondan sonra ərazi icra nümayəndəliyinə xəbər verdim”x9d.
Sabirabadın Çığırğan kəndində yaşayan Yaqub Bəşirov yaşadığı evin həyətində çəpər çəkərkən dirəkləri basdırmaq üçün bir neçə quyu qazıb. Onun qazdığı quyulardan birindən mazut qoxusu yayılmağa başlayıb. Quyudan gələn qoxunun daha da kəskinləşməsi ev sahibinın, o cümlədən kənd sakinlərinin də marağına səbəb olub. Onlar mazut qoxulu lil palçığın tərkibində neft olduğuna inanırlar:
”x9dƏsl neftlə su qarışığının iyi gəlir. Açıq-aydin görürsən ki, burada neft var. Burada qaz da var”x9d, - kənd sakini Bəylər Bəşirov deyib.
Kənd sakinləri bildirirlər ki, bir neçə il bundan öncə xarici şirkət nümayəndələri yaşadıqları kəndin ərazisində neftin olub-olmamasi ilə bağlı yoxlamalar aparıblar. Yaxın gələcəkdə bu ərazilərdən neft çıxma ehtimalının olması barədə məlumatlar veriblər. İndi sakinlər həmin ehtimalların həqiqətə uyğun olduğuna inanmağa başlayıblar. Sabirabad Rayon İcra Hakimiyyətindən isə həmin əraziyə mütəxəssislərin baxış keçirəcəyini deyiblər. (Region TV)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən

































































































