Qalib Fatimə Talıbova oldu.
Martın 29-da Moskvanın məşhur restoranlarından biri olan “Şakti Terasda”x9d Rusiyanın Azərbaycan gənclər birliyinin “Miss AMOR-2015”x9d gözəllik müsabiqəsinin final mərhələsi baş tutub.
Oxu.Az təşkilatın saytına istinadən xəbər verir ki, müsabiqə Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilib.
AMOR-un İnstagram səhifəsində aparılan müsabiqənin qaydalarına görə, finala ən çox “like”x9d toplayan beş namizəd keçib.
Finalçılar Nərminə Qurbanova, İraida Novruzova, Fatimə Talıbova, Leyla Tahirzadə, Kəmalə Mövsümzadə olub, onlar “Miss AMOR”x9d titulu uğrunda mübarizə aparıblar.
Nərminə Qurbanova

İraida Novruzova

Fatimə Talıbova

Leyla Tahirzadə

Kəmalə Mövsümzadə

Müsabiqənin əvvəlində iştirakçıların təqdim etdiyi dəfilə göstərilib, bu dəfilə çərçivəsində hər bir iştirakçı özü haqqında məlumat verib.
İkinci mərhələ şou xarakterli olub, qızlar öz bacarıqlarını nümayiş etdiriblər: kimisi oxuyub, kimisi rəqs edib, kimisi şeir söyləyib.
Finalda iştirakçılar münsiflər heyətinin maraqlı suallarına cavab veriblər.
“Miss AMOR”x9d müsabiqəsinin qalibini müğənni Katya Lel təqdim edib. Tacın xoşbəxt sahibəsi Fatimə Talıbova olub, o, münsiflər heyətini öz səmimiyyəti və mehribanlığı ilə heyran edib.
Fatimə Talıbova

Fatiməyə diplom, hədiyyələr, eləcə də gecənin bütün qonaqları ilə bölüşdüyü nəhəng tort təqdim ediblər.




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.