Ukraynada həlak olan azərbaycanlı Samuxda dəfn edildi - FOTO

Ukraynada həlak olan azərbaycanlı Samuxda dəfn edildi - FOTO

Hazırda oxunan: Ukraynada həlak olan azərbaycanlı Samuxda dəfn edildi - FOTO
71067
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın Mariupol şəhərində həlak olan Samux rayonunun Sərkar kənd sakini 45 yaşlı Məmmədov İlqar Girman oğlu dəfn edilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, dəfn mərasimində mərhumun ailə üzvləri, kənd sakinləri və rayon icra hakimiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə onun nəşi yaşadığı evə gətirilib, daha sonra kənd qəbiristanlığında torpağa tapşılırılıb.

Qeyd edək ki, İlqar Məmmədov martın 17-də Ukraynanın Mariupol şəhərində yaralıları digər sığınacağa evakuasiya edən zaman, əraziyə bomba düşməsi nəticəsində ağır qəlpə yarası alıb. O, elə hadisə yerində dünyasını dəyişib. Mərhum öncə Mariupolda dəfn edilib.
Sonradan onun dəfn yeri müəyyən olunub. İlqar Məmmədovun 3 övladı var. Mərhumun ailə üzvlərinin də uzun zaman mühasirədə qaldığı bildirilir.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO