Əli Ömərovdan yol polisi haqqında şok açıqlama

Əli Ömərovdan yol polisi haqqında şok açıqlama

Hazırda oxunan: Əli Ömərovdan yol polisi haqqında şok açıqlama

68857
Moderator.az son iki gündə gündəmi məşğul edən "dana" məsələsinə keçmiş baş prokuror Əli Ömərovdan da maraqlı açıqlama alıb və o da deputat Eldar İbrahimova yol polisinə dediyi ifadəyə dolayısı ilə haqq qazandırıb:

"Eldar İbrahimov bütün polisləri nəzərdə tutmayıb ki. Polisdə o qədər mərifətli, qanacaqlı, ədalətli, millətini sevən insanlar var ki. Amma eləsi var ki, danadan da şüursuzdur. Gəlin etiraf edək ki, belələri də var. Ona görə də gəlin Elda İbrahimoivu da qınamayaq. Sizə bir misal çəkim. Tutaq ki, yolla getdiyin yerdə qayda-qanunu pozmadığına əminsən, amma "QAİ" səni saxlayır. Tutaq ki, saatda 100 kilometr sürətlə getməli olduğun yolu 80 sürətlə getmisən. Amma səni saxlayır və gözünün içinə ağ yalan deyir ki, sürət həddini aşmısan. Başa salırsan ki, ay qardaş, belə deyil axı, bu cürdür. Öz dediyinin üstündə durub sənədlərini tələb edir. Sən də verməyəndə əlbəyaxa olur. Artıq burada vətəndaş gücüsüdür. Çünki polisə müqavimət cinayəti əmələ gəlir. Eldar İbrahimov da çox güman ki, belə ədalətsizlikləri nəzərdə tutur."

Qeyd edək ki, Əli Ömərov Moderator.az-a olduqca maraqlı və "şok açıqlama" kateqoriyasına aid olan müsahibə verib. Onunla geniş müsahibəni sabah oxuya bilərsiniz. xa0xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO