Azərbaycanda yol polisin paqonlarını qopardılar

Azərbaycanda yol polisin paqonlarını qopardılar

Hazırda oxunan: Azərbaycanda yol polisin paqonlarını qopardılar

65947
Gəncə şəhər sakini yol polisi əməkdaşını təhqir edərək ona zor tətbiq edib.

Bu barədə APA-ya Gəncə şəhər Nizami rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, 1985-ci il təvəllüdlü Samux rayon sakini, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində Yol Patrul Xidməti inspektoru vəzifəsində xidmət edən polis serjantı Mürşid Abdiyev idarəyə müraciət edərək bildirib ki, kimliyi sonradan məlum olan, 1981-ci il təvəllüdlü, əvvəllər məhkumluq həyatı yaşayan Fariz Cəfərov sərxoş vəziyyətdə Dövlət Yol Polisi Şöbəsinin binasının həyətinə gələrək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı pozaraq onu təhqir edib. Həmin şəxs əli ilə polis əməkdaşının sifətinə vurub, xidməti gödəkcəsinin paqonlarını qoparıb.
xa0
Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO