BDU-da nəzəri fizika istiqamətində tədqiqatlar üzrə nəticələr əldə olunub -xa0FOTO

BDU-da nəzəri fizika istiqamətində tədqiqatlar üzrə nəticələr əldə olunub -xa0FOTO

Hazırda oxunan: BDU-da nəzəri fizika istiqamətində tədqiqatlar üzrə nəticələr əldə olunub -xa0FOTO
637127
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nəzəri fizika kafedrasının professoru, fizika elmləri doktoru Azər Əhmədovun həmmüəllifi olduğu “Kleyin-Qordon tənliyinin sferik-simmetrik olmayan Eckart və rinq-şaped  potensiallarının cəmi üçün əlaqəli halda həlli” (Bound state solutions of the Klein–Gordon equation under a non-central potential: the Eckart plus a ring-shaped potential) adlı məqalə “The  European Physical Journal Plus” Q2 kateqoriyalı jurnalda dərc edilib (IF: 3.758). //doi.org/10.1140/epjp/s13360-023-03715-w

Məqalədə Kleyin-Fok-Qordon tənliyi kombinə edilmiş yeni mərkəzi olmayan Ekkart və rinq-şaped potensiallarının cəmi mərkəzdənqaçma potensialında yaranan sinqulyarlığı aradan qaldırmaqdan ötrü xüsusi yaxınlaşma və orbital kvant ədədinin ixtiyari qiymətləri üçün Nikiforov-Uvarov metodu tətbiq edilməklə analitik şəkildə həll olunub. Sistemin enerji spektri və məxsusi funksiyası üçün kompakt analitik ifadələr tapılıb.  Tapılmış  analitik ifadələrdən istifadə etməklə orbital kvant ədədinin müxtəlif qiymətləri üçün enerji spektrinin və məxsusi funksiyanın ekranlaşma parametrindən asılılıqları hesablanıb və analiz edilib. Bəzi xüsusi hallar araşdırılıb. Göstərilib ki, sistemin enerji spektri və məxsusi funksiyası radial, orbital, N kvant  ədədlərinin və  ekranlaşma  parametrinin seçilməsinə ciddi həssasdır. 
 
Azər Əhmədovun həmmüəllifi olduğu digər “Mobius potensialının kvadratı və  ümumiləşmiş Yukava potensialının cəmi üçün Kleyn-Gordon tənliyinin əlaqəli və səpilmə hallarının relyativistik və qeyri-relyativistik termodinamik xüsisiyyətləri” (Relativistic and non-relativistic thermal properties with bound and scattering states of the Klein-Gordon equation for Mobius square plus generalized Yukawa potentials) adlı məqalə isə Q3 kateqoriyalı “Indian Journal of Physics jurnalında (IF: 1.778) dərc edilib. //doi.org/10.1007/s12648-023-02654-7 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO