Şuşa fatehi Natiq Mahmudovun durumu olduqca ağırdır – AÇIQLAMA

Şuşa fatehi Natiq Mahmudovun durumu olduqca ağırdır – AÇIQLAMA

Hazırda oxunan: Şuşa fatehi Natiq Mahmudovun durumu olduqca ağırdır – AÇIQLAMA

6364

Şuşa fatehi, Zaqatalanın Muxax kəndindən olan qazi Natiq Mahmudovun anası Xədicə Mahmudova oğlunun komadan ayılması üçün ölkə başçısı İlham Əliyevdən kömək istəyir.

Bizim.Media xəbər verir ki, bununla bağlı qazimizin anasının sosial şəbəkədə video müraciəti yayılıb. 

“Cənab prezident, oğlumun sağalmağı üçün çox səylər göstərilir. Buna baxmayaraq son ümidim sizsiniz. Xaricdən həkim gətirilsin, ya necəsə kömək olun”.

Xədicə Mahmudova onu da deyir ki, Zaqatalada onlarla maraqlanan yoxdur.  

Bizim.Media Xədicə Mahmudovanın şikayəti ilə bağlı Zaqatala Rayon İcra Hakimiyəti ilə əlaqə saxlayıb.

Qurumun ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova bildirdi ki, ərazi icra nümayəndəsi hər gün qazimizin atası ilə görüşür:

“O, yaralı olanda başçının müavini Tofiq Əhmədov onun Bakıya gətirilməsinə şərait yaratdı. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qazilər üçün etdiyi bütün sosial dəstək proqramlarından onun da ailəsi yararlanır. Biz də istəyirik, dua edirik ki, qazimiz sağalsın”.

“Həkimi Arif Xasıyevlə mütəmadi olaraq əlaqə saxlayırıq. İcra hakimiyəti olaraq arzulayırıq ki, bu qazimiz də öz sağlığına qovuşsun. Biz də onunla fəxrlə görüş keçirək”. 

Qazimizin ən son durumunu öyrənmək üçün həkimi Arif Xasıyev ilə də əlaqə saxladıq.

O, Natiq Mahmudovun vəziyyətinin hazırda oduqca ağır olduğunu dedi.

“Gözləyirik ki, beyni oyansın, ondan sonra 3-cü dəfə cərrahi əməliyyat olunacaq. İki dəfə əməliyyat etmişik. Sağ baldırdan dəri götürüb beyinə tikmişik. Bir qədər özünə gəlib. Sonra yenidən komaya düşdü. Beyinə indi maye yığılır. Ayılmağını gözləyirik. İndi heç bir müdaxilə edə bilmərik. Dua edək ki, ayılsın”.

Qeyd edək ki, Zaqataladan olan qazimiz Natiq Mahmudov hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında komadadır.

Onun komada olması xəbərini isə parlamentdə keçirilən iclasda Milli Məclisin deputatı Elşən Musayev səsləndirib. O, aidiyyəti qurumlardan qazimizin sağalmağı üçün kömək istəyib.

Gülşanə Mustafayeva, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO