Rusiya Azərbaycana humanitar yardım göndərdi - VİDEO

Rusiya Azərbaycana humanitar yardım göndərdi - VİDEO

Hazırda oxunan: Rusiya Azərbaycana humanitar yardım göndərdi - VİDEO

6294

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Rusiya Fövqəladə Hallar Nazirliyinin göndərdiyi humanitar yardımı qəbul edib.

Bizim.Media xəbər verir ki, cari ilin dekabrın 24-də Azərbaycan Fövqəladə Hallar Nazirliyi Bərdə rayonu ərazisində yerləşən Bərdə dəmiryolu stansiyasında Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi tərəfindən göndərilmiş növbəti humanitar yardım karvanını qəbul edib.

9 vaqondan ibarət humanitar yardım əsasən, tikinti materialları, texniki və məişət avadanlıqlarından ibarətdir.

Qeyd edək ki, 24 dekabr tarixinədək Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi tərəfindən Azərbaycana ümumilikdə 54 vaqon, 25 yük avtomobilindən ibarət yardım göndərilib.

Gətirilən yardımın Vətən Müharibəsi dövründə düşmənin mərmi və raket atəşləri nəticəsində döyüş bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrində ziyan çəkmiş mülki əhalinin əmlakının təmiri və bərpası işləri zamanı istifadə olunması nəzərdə tutulur.

Onu da qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən həm əməkdaşlıq çərçivəsində göndərilən yardımlar, həm də sülhməramlılar üçün ünvanlanan yüklər Azərbaycan ərazisindən çatdırılır.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO