Gömrük postunda bəyan edilməyən 300 mobil telefon aşkarlandı

Gömrük postunda bəyan edilməyən 300 mobil telefon aşkarlandı

Hazırda oxunan: Gömrük postunda bəyan edilməyən 300 mobil telefon aşkarlandı
626574
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qırmızı Körpü gömrük postunda bəyan edilməyən 300 mobil telefon aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks gömrük nəzarəti tədbirləri nəticəsində mobil telefonların qanunsuz yolla ölkəyə keçirilməsi cəhdinin qarşısı alınıb.

"Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə ölkə ərazisinə yüksüz daxil olan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqu hissəsində gömrük orqanına bəyan edilməyən 300 ədəd mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO