Qapıdan baxan qeydiyyatçı oğlan imiş- Videodakı qadın danışdı

Qapıdan baxan qeydiyyatçı oğlan imiş- Videodakı qadın danışdı

Hazırda oxunan: Qapıdan baxan qeydiyyatçı oğlan imiş- Videodakı qadın danışdı

626561

“Videonun çəkildiyindən xəbərim yox idi. Ötən gün tanışlar videonu mənə göndərdilər. Bir il keçib həmin əməliyyatdan. Mənim səsim, mənim açıq bədənimdir paylaşılan”.

Bizim.Media xəbər verir ki, bunu bir neçə gündür sosial şəbəkələrdə görüntüsü yayılan estetik əməliyyatda zərərçəkən Qəmər Ağalıyeva “ATV xəbər”ə bildirib. 

O deyib ki, narkozdan ayıldıqdan sonra ağrıları hiss edib:

“Hər bir ağrını, şişi bədənimə necə salmasını hiss edirdim. Əməliyyat olan yer klinika deyildi, bildiyiniz zirzəmi idi. Boş otaq idi, həkimə aid heç nə yox idi. Bircə çarpayı idi, orada da işlərini görürdülər. Gələn-gedən də rahatlıqla otağa girib-çıxırdı”.

Zərəçəkmişin sözlərinə görə, yayılan video ailəsində də söz-söhbətə səbəb olub.

Bununla bağlı əməliyyatı icra edən Gülbadə Abdullayeva ilə əlaqə saxlayıb. Aldığı cavab isə belə olub: 

“Həkim ağalayaraq mənə bildirdi ki, bu, onun səhv deyil. Dedi ki, hara istəsəniz, müraciət edin”. 

Gülbadə Abdullayeva telekanala açıqlamasında da videonun çəkilməsindən xəbəri olmadığını qeyd edib:

“Videonu çəkən Xəyalə İsmayılova, qapıdan baxan da qeydiyyatçı olub. Onu da Xəyalə çağırıb. Mənim xəbərim olmayıb videonun çəkildiyindən. Mənim təhsilim var, amma diplomumu Azərbaycanda təsdiqlədə bilmirəm. Məkanımızın lisenziyası iə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərmişik”.   

Məsələyə münasibət bildirən deputat Rəşad Mahmudov bildirib ki, bu, ciddi şəkildə cəzalandırılmalı hadisədir:

“Bu gün birmənalı olaraq bu şəkildə hər hansı kiçik xəstəxanalarda əməliyyatxana icazəsi olmadan, əməliyyatxana standartları qurulmadan hansısa müdaxilənin aparılması müzakirə mövzusu ola bilməz. Bu, xəstənin nəticəsindən asılı olmadan cinayət məsuliyyəti yaradır”.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO