"Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA - VİDEO

"Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA - VİDEO

Hazırda oxunan: "Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA - VİDEO
626558
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi "Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilib. Bu barədə zərərçəkən sosial media hesablarında paylaşım edib.

Paylaşımlarda zərərçəkən şəxs iddia edib ki, heç bir müalicəsinə, müayinəsinə baxmayaraq, körpəsi ölü doğulub və onun meyiti morqa qoyulmayıb, zirzəmiyə atılıb.

Bizim.Media xəbər verir ki, Səhiyyə Nazirliyi məsələyə münasibət bildirib.

Qeyd olunub ki, sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir.

Məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı məlumat ilk olaraq Oxu.az-da dərc olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO