Tanışını qətlə yetirən şəxs YENİDƏN məhkəmə qarşısında

Tanışını qətlə yetirən şəxs YENİDƏN məhkəmə qarşısında

Hazırda oxunan: Tanışını qətlə yetirən şəxs YENİDƏN məhkəmə qarşısında

626512

Tanışını döyərək qətlə yetirməkdə təqsirləndirilən Habil Qonşəliyevin barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

Bizim.Media xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, hadisə 2024-cü il fevralın 4-də Sumqayıtda baş verib. Habil Qonşəliyev və Rüfət Abdullayev arasında mübahisə baş verib. Mübahisə nəticəsində Habil Qonşəliyev yumruq və təpiklə Rüfət Abdullayevə xəsarətlər yetirib. Rüfət Abdullayev aldığı xəsarətlərdən ölüb.

Ona Cinayət Məcəlləsinin 120.2.11-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 235.4.3-cü (həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Habil Qonşəliyev 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib. Ali Məhkəmədə keçirilən prosesdə kassasiya şikayətinin geri götürüldüyü bildirilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO