Araşdırma: COVID-19 göz sinirlərində uzunmüddətli dəyişikliklər yarada bilər

Araşdırma: COVID-19 göz sinirlərində uzunmüddətli dəyişikliklər yarada bilər

Hazırda oxunan: Araşdırma: COVID-19 göz sinirlərində uzunmüddətli dəyişikliklər yarada bilər
626215
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nature Communications jurnalında dərc olunan araşdırmaya görə, COVID-19 keçirmiş bəzi insanlarda göz sinirlərində uzunmüddətli zədələnmələr müşahidə oluna bilər.

Bizim.Media  xəbər verir ki, alimlər bildirirlər ki, adi oftalmoloji müayinə zamanı bu problemlər aşkar edilməyə bilər. Buna baxmayaraq, pasiyentlərdə illərlə işığa həssaslıq, gözlərin tez yorulması, görmənin bulanıqlaşması, kompüter qarşısında işləyərkən göz ağrısı və baş ağrıları davam edə bilər.

Xüsusi müayinələr zamanı bu şəxslərdə buynuz qişadakı sinir liflərinin sıxlığının azaldığı və bəbəyin işığa reaksiyasında pozuntular olduğu müəyyən edilib.

Tədqiqatçılar bunun COVID-19-dan sonra sinir sistemində davam edən xroniki iltihabla əlaqəli ola biləcəyini ehtimal edirlər.

Bununla belə, alimlər araşdırmanın az sayda iştirakçı üzərində aparıldığını vurğulayırlar. Buna görə də bu fəsadların nə dərəcədə geniş yayıldığı hələ məlum deyil. Hazırda bu vəziyyət üçün effektiv müalicə üsulu da müəyyən edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO