Biləsuvarda "Ford Transit" "KamAZ"la toqquşdu - Sürücü xəsarət aldı - VİDEO

Biləsuvarda "Ford Transit" "KamAZ"la toqquşdu - Sürücü xəsarət aldı - VİDEO

Hazırda oxunan: Biləsuvarda "Ford Transit" "KamAZ"la toqquşdu - Sürücü xəsarət aldı - VİDEO
626200
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ələt–Astara magistral avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, Cəlilabad rayonunun Maşlıq kənd sakini Cavid Zamin oğlu Babayevin idarə etdiyi "Ford Transit" markalı kiçiktonajlı yük avtomobili "KamAZ" markalı yük maşını ilə toqquşub.
 

Qəza nəticəsində "Ford Transit"ə ciddi ziyan dəyib. Güclü zərbə səbəbindən avtomobilin ön hissəsi və salonu tamamilə deformasiyaya uğrayaraq yararsız vəziyyətə düşüb.


Hadisə zamanı sürücü Cavid Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.



Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO