Xaçmazda "KamAZ"ın aşırtdığı dirəklər yoldan götürüldü - Kəndlərin işığı bərpa olundu - FOTO

Xaçmazda "KamAZ"ın aşırtdığı dirəklər yoldan götürüldü - Kəndlərin işığı bərpa olundu - FOTO

Hazırda oxunan: Xaçmazda "KamAZ"ın aşırtdığı dirəklər yoldan götürüldü - Kəndlərin işığı bərpa olundu - FOTO
626199
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xaçmazda təmir sexindən çıxan "KamAZ"markalı yük avtomobili ehtiyatsızlıqdan elektrik dirəklərini sıradan çıxarıb.

Bizim.Media xəbər verir ki, yük maşını arxaya hərəkət zamanı ortagərginlikli elektrik xəttinin beton dirəyini aşırıb. Hadisə zamanı ümumilikdə 3 beton dirək Xaçmaz-Niyazabad yolunun hərəkət hissəsinə aşaraq avtomobillərin hərəkətini də müvəqqəti məhdudlaşdırıb.
 

Hadisə zamanı xəsarət alan olmayıb. Dirəklərin aşması səbəbindən həmin istiqamətdə yerləşən 10-a yaxın yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində qısa fasilə yaranıb.


Hadisə yerinə dövlət yol polisi əməkdaşları və müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb olunub. Qısa müddətdə dirəklər yolun hərəkət hissəsindən çıxarılaraq nəqliyyatın hərəkəti bərpa olunub.

Görülən operativ tədbirlərlə kəndlərə elektrik enerjisinin verilişi də təmin edilib.

Hazırda fəsadların tam arxadan qaldırılması üçün iş aparılır.

Xaçmazda
Xaçmazda
Xaçmazda


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO