Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başladı

Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başladı

Hazırda oxunan: Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başladı
626096
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-may aylarında Azərbaycana 3,8 milyon ABŞ dolları dəyərində 506 ton dondurma idxal edilib.

Bizim.Media xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 25 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 1,9 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 23 % çox) 220 ton (+16 %), Rusiyadan 1 milyon ABŞ dolları dəyərində (+76 %) 145 ton (+45 %), Belarusdan 375 min ABŞ dolları dəyərində (+33 %) 79 ton (+16 %), Çindən 158 min ABŞ dolları dəyərində 12 ton (1 il əvvəl tədarük olmayıb), İrandan 125 min ABŞ dolları dəyərində 17 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Cənubi Koreyadan (12 min ABŞ dolları dəyərində 1,1 ton) və Braziliyadan (3,14 min ABŞ dolları dəyərində 0,3 ton) tədarük həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO