Azərbaycanda 15 toyu ləğv elədilər

Azərbaycanda 15 toyu ləğv elədilər

Hazırda oxunan: Azərbaycanda 15 toyu ləğv elədilər

62365
Trend-in məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Milli Məclisdə "Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər" mövzusuna həsr olunmuş konfransda çıxışında deyib.

H.Hüseynova qeyd edib ki, əfsuslar olsun ki, bəzi təşkilatlar bu problemlə bağlı rəqəmləri şişirdib düzgün məlumatlar çatdırmırlar: “Biz yerli icra hakimiyyəti nümayəndələri ilə bu istiqamətdə iş aparırıq, onlara mühazirələr deyilir, bu məsələlər izah edilir. Bizim rayonlarda 11 mərkəzimiz var və onlar bu istiqamətdə səmərəli iş aparırlar”x9d.

Onun sözlərinə görə, ötən il Azərbaycanda 15 erkən toyun qarşısı alınıb: “Bu il biz 7-8 belə toyu dayandırmışıq. Bizim nümayəndələrimiz belə ailəyə mesaj göndərirlər ki, siz Azərbaycan qanunvericiliyini pozursunuz və sizə qarşı cinayət işi açıla bilər. Qız uşağına imkan yaradılmalıdır ki, təhsil alsın və sonra ailə qursun”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO