Dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilən vəzifəli şəxslərə HÖKM OXUNDU

Dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilən vəzifəli şəxslərə HÖKM OXUNDU

Hazırda oxunan: Dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilən vəzifəli şəxslərə HÖKM OXUNDU

618290

Külli miqdarda dövlət vəsaitini talamaqda təqsirləndirilən Məhərrəm Əliyev, Qurbanxan İsgəndərov və Yaşar Heydərov cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Hökmə əsasən, Məhərrəm Əliyev iki il sınaq müddəti təyin olunmaqla şərti, Qurbanxan İsgəndərov iki il bir ay beş gün həbs və Yaşar Heydərov iki il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.


Qurbanxan İsgəndərov barəsində seçilmiş ev dustağlığı müddətindən hesablanıb və cəzası çəkilmiş hesab edilib.

Barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv edilib və hökm qanuni qüvvəyə minənədək "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərin dövlətə vurduğu ziyanın böyük hissəsi ödənilib. İş üzrə dəymiş ümumi ziyan 66 472.17 manat hesablanıb.

Qeyd edək ki, istintaqla Məhərrəm Əliyevin 2022-ci il avqustun 24-dən 2023-cü il oktyabrın 31-dək Masallı rayon MKTİB-nin rəisi vəzifəsində işlədiyi müddətdə qurumun baş mühasibi Qurbanxan İsgəndərovla qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş 73 min manatdan artıq büdcə vəsaitini "Məhəmməd-2022" MMC-nin direktoru Yaşar Heydərovun köməkliyi ilə mənimsəməsinə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Məhərrəm Əliyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda törədilməklə mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı), Qurbanxan İsgəndərova və Yaşar Heydərova isə həmin Məcəllənin 32.5, 179.2.3, 32.5, 179.2.4, (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmədə köməkçi) 308.1, 313-cü və digər maddələri ilə ittiham edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO