Sahil Tahirli "Space" TV-də yeni vəzifəyə TƏYİN OLUNDU

Sahil Tahirli "Space" TV-də yeni vəzifəyə TƏYİN OLUNDU

Hazırda oxunan: Sahil Tahirli "Space" TV-də yeni vəzifəyə TƏYİN OLUNDU
618276
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvan televiziyasının sabiq sədri, jurnalist Sahil Tahirli yeni vəzifəyə təyin edilib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Sahil Tahirli "Space" televiziyasında “Xəbərlər” departamentinin rəhbəri təyin olunub.
 

Xatırladaq ki, S.Tahirli bu təyinatdan əvvəl Hədəf Şirkətlər Qrupunda media və ictimaiyyətlə əlaqələr üzrə müşavir vəzifəsində fəaliyyət göstərib.


O, 13 il Naxçıvan televiziyasına rəhbərlik edib, Naxçıvan Ali Məclisində Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Naxçıvan Televiziya və Radio Şurasının sədri vəzifələrində çalışıb.

O, medianın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Qeyd edək ki, ötən ay Ayaz Mustafayev "Space" televiziyasına yeni baş direktor təyin edilib. Yeni rəhbərliyin formalaşdırılması ilə paralel olaraq kanalda idarəetmənin təkmilləşdirilməsi və fəaliyyətin müasir media çağırışlarına uyğunlaşdırılması istiqamətində islahatlar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO