Qadın sağlamlığında əsas PROBLEM - Erkən müayinə niyə bu qədər vacibdir? - FOTO

Qadın sağlamlığında əsas PROBLEM - Erkən müayinə niyə bu qədər vacibdir? - FOTO

Hazırda oxunan: Qadın sağlamlığında əsas PROBLEM - Erkən müayinə niyə bu qədər vacibdir? - FOTO

618261

“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda maarifləndirici görüş təşkil edib

“Azərlotereya”nın “Media klub” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Bu dəfə jurnalistlər üçün Liv Bona Dea Hospitalında qadın sağlamlığına həsr olunmuş maarifləndirici görüş təşkil edilib.

Bizim.Media xəbər verir ki, səhər yeməyi formatında keçirilən tədbirdə 30-dan artıq media qurumunun xanım nümayəndəsi iştirak edib.

Görüşün əsas məqsədi qadın sağlamlığı, profilaktik müayinələrin əhəmiyyəti, vaxtında diaqnostikanın insan həyatındakı rolu və süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanması barədə maarifləndirmə işlərinin aparılması olub.
 

Tədbirdə bu cür maarifləndirici təşəbbüslərin ictimai əhəmiyyəti vurğulanıb. Görüş zamanı qadın sağlamlığı, check-up müayinələri, mamoqrafiyanın önəmi, erkən diaqnostika və sağlam həyat tərzi kimi mövzular müzakirə olunub, media nümayəndələrinin sualları cavablandırılıb.


Daha sonra iştirakçılar konfrans otağında Liv Bona Dea Hospitalının fəaliyyəti, tibbi xidmət istiqamətləri, müasir infrastrukturu və pasiyentlər üçün təqdim etdiyi imkanlar haqqında təqdimatı izləyiblər. Ardınca media nümayəndələri üçün hospital üzrə tanışlıq turu təşkil olunub.

Tur zamanı iştirakçılar cərrahiyyə, radiologiya, laboratoriya, uşaq şöbəsi, palatalar, helikopter eniş meydançası və digər tibbi infrastruktur imkanları ilə tanış olublar.

Tədbirdə iştirak edən jurnalistlərə özləri və ya ailə üzvləri üçün Liv Bona Dea Hospitalında check-up və ya mamoqrafiya müayinəsindən yararlanmaq imkanı da təqdim edilib.

“Azərlotereya” ASC-nin mütəmadi olaraq təşkil etdiyi “Media klub” layihəsi media nümayəndələri ilə əlaqələrin gücləndirilməsi, ictimai əhəmiyyət daşıyan mövzular üzrə maarifləndirmənin artırılması və sosial məsuliyyət təşəbbüslərinin dəstəklənməsi məqsədini daşıyır.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO