“Lənkəran limonu” adı ilə satılır... – Bəs əslində hansı ölkələrdən GƏTİRİLİR? – ARAŞDIRMA

“Lənkəran limonu” adı ilə satılır... – Bəs əslində hansı ölkələrdən GƏTİRİLİR? – ARAŞDIRMA

Hazırda oxunan: “Lənkəran limonu” adı ilə satılır... – Bəs əslində hansı ölkələrdən GƏTİRİLİR? – ARAŞDIRMA

618219

Limon qida rasionumuzda əvəzolunmaz məhsuldur. Bəzi yeməklərin hazırlanmasında, bəzilərini isə bəzəmək üçün limondan istifadə edilir. Limonsuz çay süfrəsini isə təsəvvür etmək çətindir.

Maraqlıdır ki, aldığımız limonu bizə çox zaman “Lənkəran limonu” adıyla təqdim edirlər. Halbuki ölkəmizə bir sıra ölkələrdən limon idxal edilir. Əslində, hər gün istifadə etdiyimiz, “Lənkəran limonu” adı ilə satılan limonların çoxu da məhz idxal məhsuludur.

Bəs hansı ölkələrdən limon alırıq?

Dövlət Gömrük Komitəsinin məlumatına görə cari ilin ilk 3 ayında Azərbaycan xarici ölkələrdən ümumilikdə 3 min 838,5 ton təzə və ya qurudulmuş limon və laym idxal edib. İdxalın dəyəri isə 2 milyon 931,71 min ABŞ dolları (4 milyon 983,9 min manat) təşkil edib.

Əsas ixracatçı ölkələr aşağıdakılardır:

1. Türkiyədən 3 min 726,05 ton,

2. İrandan 47,47 ton,

3. Suriydan 37,15 ton,

4. Braziliyadan 15,4 ton

5. Cənubi Afrika Respublikasından 12.4 ton

6. Vyetnamdan 0,03 ton

7. Kolumbiyadan 0,01 ton

Bəs ən ucuz limon hansı ölkədən gətirilib?

Türkiyədən gətirilən limonun ümumi dəyəri 2 milyon 817,97 min ABŞ dolları olub. Orta idxal qiyməti hər kiloqram üçün 0,76 dollar və ya 1,29 manat təşkil edib.

İrandan idxal edilən limonun ümumi dəyəri 35,6 min ABŞ dolları olub. Orta qiymət hər kiloqram üçün 0,75 dollar və ya 1,28 manat təşkil edib.

Suriyadan ümumi dəyəri 27,95 min ABŞ dolları olub. Orta qiymət hər kiloqram üçün 0,75 dollar və ya 1,28 manat olub.

Braziliyadan gətirilən limona görə 31,59 min ABŞ dolları ödənilib. Orta qiymət hər kiloqram üçün 2,05 dollar və ya 3,49 manat olub.

Cənubi Afrika Respublikasından gətirilən limonun idxalın dəyəri 18,24 min ABŞ dolları təşkil edib. Orta qiymət hər kiloqram üçün 1,47 dollar və ya 2,50 manat olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO