Eks-məmur kommunal pulunu ödəmədi- Dava düşdü

Eks-məmur kommunal pulunu ödəmədi- Dava düşdü

Hazırda oxunan: Eks-məmur kommunal pulunu ödəmədi- Dava düşdü
618212
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

15 il Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini işləmiş Təranə Quliyeva qaldığı binada qalmaqallı hadisə yaşayıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, siyasətçi yaşadığı mənzilin kommunal xərclərini ödəmək istəmədiyi üçün komendantla dalaşıb.
 

Həmin binanın komendantı da xanım olub. O, T.Quliyevadan kommunal xərcləri ödəməsini istəyərkən keçmiş məmur onunla dava edib, yüksək səslə davam edən sözlü mübahisənin əlbəyaxaya keçməsinin qarşısı alınıb.


Komendantın şikayətindən sonra T.Quliyeva aidiyyəti üzə polis idarəsinə çağırılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Baş nazirin eks-müavini sonradan sərbəst buraxılıb.

Qeyd edək ki, 51 yaşlı siyasətçi 2000-2015-ci illərdə Naxçıvan MR-nın Baş nazirinin müavini işləyib. O, görkəmli musiqiçi, Naxçıvanın əməkdar incəsənət xadimi Arif Quliyevin qızıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO