İntensiv yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

İntensiv yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Hazırda oxunan: İntensiv yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ
618094
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda və Abşeron yarımadasında iyunun 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gecə arabir zəif duman olacaq. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Paytaxtda havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi şərq rayonlarında yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Bölgələrdə havanın temperaturu gecə 16-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20°, bəzi yerlərdə 23-28° isti olacaq.

Yağıntıların ayın 12-dək davam edəcəyi gözlənilir.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO