Meteor yağışı olacaq

Meteor yağışı olacaq

Hazırda oxunan: Meteor yağışı olacaq
617948
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

22 iyun – 2 iyul tarixlərində Bootid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumunun iyunun 27-də Bakı vaxtı ilə təxminən saat 21:00-da baş verəcəyi gözlənilir.

Bizim.Media xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu meteor yağışının radiantı Çoban (Bootes) bürcündə yerləşdiyindən belə adlanır.

Qeyd edilib ki, Bakıdan baxdıqda radiant bütün gecə ərzində üfüqdən yuxarıda olur və müşahidə üçün əlverişli şərait yaradır.
 

Bu meteor yağışının mənbəyi “7P/Pons-Winnecke” kometidir. Sözügedən komet 1819-cu ildə kəşf edilib və Günəş ətrafında təxminən 6.37 ilə bir dövr edir. Kometin orbiti boyunca qoyduğu toz və kiçik qaya hissəcikləri Yer orbitini kəsdikdə meteor yağışı yaranır.


Meteorlar Yer atmosferinə daxil olarkən təxminən 18 km/s sürətlə hərəkət edirlər. Bu sürət digər məşhur meteor yağışları ilə müqayisədə nisbətən kiçikdir. Buna görə də Bootid meteorları səmada daha yavaş hərəkət edən və uzun iz buraxan meteorlar kimi görünə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO