Onlayn oyunlarla bağlı XƏBƏRDARLIQ

Onlayn oyunlarla bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: Onlayn oyunlarla bağlı XƏBƏRDARLIQ

617915

Hazırda bir sıra dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaqların rəqəmsal mühitdə zərərli təsirlərdən müdafiəsi sahəsində milli qanunvericilik və müdafiə mexanizmləri təkmiləşdirilir.

Bizim.Media xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında deyib.

O bildirib ki, bu məsələ Ombudsmanın da diqqət mərkəzindədir:
 

"Belə ki, tərəfimizdən uşaqların sosial şəbəkə və digər rəqəmsal platformalardan istifadəsi üçün məhdudiyyətlərin müəyyən edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi təklif edilmiş, illik məruzədə bununla bağlı tövsiyələr öz əksini tapıb.


"Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı uşaqların təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Yeni münasibətlərin tənzimlənməsi məqsədilə hazırlanmış və bu gün müzakirə etdiyimiz qanun layihəsi bu sahədə hüquq pozuntularının qarşısının alınması və nəzarət mexanizmlərinin gücləndirilməsinə xidmət edir".

Ombudsman qeyd edib ki, layihədə yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələrin, eləcə də şəxslərin platformada qeydiyyatına dair tələblərin müəyyən edilməsi, habelə provayderlərin Azərbaycan Respublikasında fəaliyyətinin tənzimlənməsi bu istiqamətdə mövcud problemlərin həlli və uşaqların hüquqlarının müdafiəsi baxımından önəmlidir:

"Ombudsman tərəfindən adıçəkilən qanun layihəsinə təkliflər hazırlanaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim edilib.

Ombudsman Aparatı tərəfindən aparılan araşdırmalar göstərir ki, son illər uşaqlar arasında geniş yayılmış interaktiv platformalar və onlayn oyunlar ciddi risklər yaradır. Uşaqların istifadəsi üçün nəzərə tutulan rəqəmsal platformalarda yaş məhdudiyyətlərinin formal xarakter daşıması, effektiv nəzarət mexanizmlərinin olmaması, şəxsi məlumatların qorunması sahəsində boşluqlar uşaqların hüquqlarının pozulmasına zəmin yaradır".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO