Əhalinin neçə faizi uşaqlar üçün sosial şəbəkə qadağasını dəstəkləyir? – SORĞU NƏTİCƏLƏRİ

Əhalinin neçə faizi uşaqlar üçün sosial şəbəkə qadağasını dəstəkləyir? – SORĞU NƏTİCƏLƏRİ

Hazırda oxunan: Əhalinin neçə faizi uşaqlar üçün sosial şəbəkə qadağasını dəstəkləyir? – SORĞU NƏTİCƏLƏRİ

617898

“Uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifləri əhalidən gəlir, sosial sifarişdir”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə bir neçə komitənin birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Qanun layihəsinin müzakirəsi zamanı deyib.
 

"2025-ci ilin dekabrında 1100 respondent arasında keçirilən mötəbər ictimai rəy sorğusunun nəticələrinə əsasən, Azərbaycanda insanların 87.3%-i 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifini dəstəkləyir. 11.1% təkliflə razılaşmır, 1.6% bu barədə fikir bildirmir. Məktəbyaşlı övladı olanların 90.5%-i təklifə müsbət yanaşır.


Nisbətən tənqidi yanaşma gənclərin və ali təhsillilərin rəylərində önə çıxır.

Valideynlərin əhəmiyyətli hissəsinin sosial medianı uşaqlar üçün zərərli hesab etməsinə baxmayaraq, məktəbyaşlı uşaqların ən çox istifadə etdiyi sosial media platformaları kimi ilk sıralarda "YouTube" (69.1%), "WhatsApp" (47.9%) və "TikTok" (33.0%) qərarlaşır. Biz yaxşı bilirik ki, texnologiya ilə düşmənçilik mümkün deyil.

Əksinə, məqsəd istifadəni tənzimləməkdir" - komitə sədri bildirib.

Xatırladaq ki, yuxarıda qeyd edilən qanunlara təklif edilən dəyişikliyə görə, 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsi qadağan olunacaq.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO