Cəmi beş dəqiqəyə ev şəraitində dondurma - 3 inqrediyentdən ideal resept

Cəmi beş dəqiqəyə ev şəraitində dondurma - 3 inqrediyentdən ideal resept

Hazırda oxunan: Cəmi beş dəqiqəyə ev şəraitində dondurma - 3 inqrediyentdən ideal resept
616220
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsti mövsüm həm uşaqların, həm də böyüklərin sevdiyi soyuq və ləzzətli dondurmanın vaxtıdır. Bu şirniyyatı ev şəraitində rahatlıqla hazırlamaq olar.

Bizim.Media bu dondurma reseptini təqdim edir:

Ev dondurmasının çoxsaylı variantları mövcuddur sadə və büdcəyə uyğun reseptlərdən mürəkkəb və daha fərqli dadlara qədər.

Sizə ən sadə və ən dadlı dondurma reseptini təqdim edirik.

Tərkibi:

Qaymaq (slivki) - 600 ml

Qatılaşdırılmış süd - 1 banka

Vafli korjları (vafli yarpaqları) - 2 ədəd

Hazırlanması:

Qaymağı mikserlə qalınlaşıb möhkəm köpük halına gələnə qədər çalın. Daha sonra qatılaşdırılmış südü əlavə edib kütlə tam homogen olana qədər yenidən qarışdırın.

Kvadrat və ya dairəvi soba qabını (vaflinizin formasına uyğun olaraq) perqament kağızı və ya qida plyonkası ilə örtün. Alt hissəyə bir vafli yarpağı yerləşdirin.

Hazırladığınız qaymaqlı qarışığı üzərinə töküb bərabər şəkildə yayın və ikinci vafli yarpağı ilə örtün. Bir qədər basdırın və bir neçə saatlıq dondurucuya qoyun. İstəyə görə meyvə ilə və ya əlavəsiz servis edə bilərsiniz. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO