Gömrük Akademiyasının tələbəsi Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən görüşdə iştirak edib - FOTO

Gömrük Akademiyasının tələbəsi Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən görüşdə iştirak edib - FOTO

Hazırda oxunan: Gömrük Akademiyasının tələbəsi Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən görüşdə iştirak edib - FOTO

609124
Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Fizzə İsmayılova Bakı şəhər Gənclər və İdman Baş İdarəsində "8 Mart – Beynəlxalq Qadınlar Günü" münasibətilə keçirilən görüşdə iştirak edib.
 
Təhsildə, ictimai işlərdə fərqlənən bir qrup gənc xanımlarla keçirilən görüşdə Baş İdarənin rəisi Raqif Abbasov çıxış edərək xanımları bayram münasibətilə təbrik edib. R. Abbasov Azərbaycan qadınının müasir cəmiyyətin inkişafına əvəzsiz töhfələrindən bəhs edib.
 
Gənc xanımların müxtəlif sahələrdə qazandıqları uğurlara diqqət çəkən idarə rəisi onlara can sağlığı, xoşbəxtlik və fəaliyyətlərində müvəfəqiyyətlər arzulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO