“Ukrayna dairəsi”ndə piyada keçidində lift işləmir - FOTO/VİDEO

“Ukrayna dairəsi”ndə piyada keçidində lift işləmir - FOTO/VİDEO

Hazırda oxunan: “Ukrayna dairəsi”ndə piyada keçidində lift işləmir - FOTO/VİDEO

605541

Xətai rayonunda piyadaların və nəqliyyat vasitələrinin intensiv hərəkəti müşahidə edilən ərazidə yerüstü piyada keçidində qoyulan lift işləmir. 

Söhbət “Ukrayna dairəsi” kimi tanınan ərazidən gedir. Belə ki sosial şəbəkələrdə paylaşılan videoda piyada keçidində qoyulan liftin işləməməsi səbəbindən yaşlı insanların, eləcə də uşaq arabası ilə olan şəxslərin yolu qarşıdan-qarşıya keçməsində ciddi çətinliklər yaşanıb. 

Liftin artıq üç günə yaxındır işləmədiyi iddia edilir. 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidəki problemdən məlumatlıdırlar:

“Məsələ nəzarətdədir. Problemin qısa zamanda həlli üçün zəruri addımlar atılır”.

Mənbə: oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO