Uşaqlarının gözü önündə arvadını öldürmək istəyən şəxsə AĞIR CƏZA

Uşaqlarının gözü önündə arvadını öldürmək istəyən şəxsə AĞIR CƏZA

Hazırda oxunan: Uşaqlarının gözü önündə arvadını öldürmək istəyən şəxsə AĞIR CƏZA

59710

Bakıda arvadını qəsdən öldürməyə cəhddə təqsirləndirilən Ağa Yusubova hökm oxunub və o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub. 

İttiham aktına əsasən, hadisə 2021-ci il sentyabrın 6-da paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb. 

Belə ki, 1981-ci il təvəllüdlü A.Yusubov həyat yoldaşı G.Yusubova yaşadıqları evin qonaq otağında yerləşən divanda övladları ilə birlikdə yatdığı zaman onu yuxudan oyadaraq, sinə nahiyəsindən bir bıçaq zərbəsi endirib. Qadının qışqırıq səslərinə yanında yatan azyaşlı övladları oyanıb.

A.Yusubov buna baxmayaraq, uşaqların gözləri önündə G.Yusubovaya xüsusi amansızlıqla bıçaq zərbələri vurmağa davam edib. Bu zaman cinayət aləti olan bıçağın tiyəsi əyilib və anası Tarifə Yusubova hadisənin baş verdiyi otağa gələrək onu kənara itələyib. 

Daha sonra yaralı xəstəxanaya yerləşdirilib və həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. 

İstintaq dövründə A.Yusubovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (Qəsdən adam öldürməyə cəhd, xuliqanlıq niyyəti ilə adam öldürmə cəhd) və 120.2.4-cü (Qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb. 
Xatırladaq ki, A.Yusubov məhkəmədə verdiyi ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. O deyib ki, həyat yoldaşının G.Yusubovanın xəyanət etməsindən şübhələnib və onu öldürmək qərarına gəlib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO