Eyyub Hüseynov:

Eyyub Hüseynov: "“Azad İstehlakcılar” İctimayi Birliyi yeni layihə həyata kecirməyə başlayıb"

Hazırda oxunan: Eyyub Hüseynov: "“Azad İstehlakcılar” İctimayi Birliyi yeni layihə həyata kecirməyə başlayıb"

592372
Eyyub Hüseynov: “Azad İstehlakcılar” İctimayi Birliyi (AİİB) yeni layihə həyata kecirməyə başlamışdır.
 
Layihənin adı: “Vətən müharibəsi iştirakcılarının psixoloji-sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək”.
 
Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilmişdir və layihənin büdcəsi 32000 AZN təşkil edir.
 
Layihə AİİB-in rəhbərliyi və idarəcıliyi altında daha iki QHT-nin iştirakcılığı ilə koalisiyada 5 ay müddətində Beyləqan rayonu və ətraf qəsəbələrdə həyata keciriləcəcəkdir. Koalisiyaya daxil edilmiş digər iki QHT,”Şəfa”Psixoloji Sosial Yardım” İctimayi Birliyi və  “Cəmiyyətin Davamli İnkişafına Yardım” İctimayi  Birliyidir,
 
Layihənin məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir
 
Məqsəd: layihə hədəfi olan ərazidə (Beyləqan rayonu və ətraf qəsəbələr) müharibə iştirakçısı olmuş insanlara mənəvi , psixoloji və sosial dəstək göstərməkdir.
 
Vəzifələr:
uf0fc Hədəf regionda müharibə ştirakçısı olmuş insanların psixoloji  dəstəyə ehtiyacı olanların məlumat bazasını yaratmaq,
uf0fc Bu kateqoriyadan olan 20 müharibə iştirakçısına psixoloji dəstək göstərmək,
uf0fc Onların problemlərini öyrənib həlli yolları barədə fərdi qaydada məsləhətlər vermək,
uf0fc Həmin insanlarlarla psixoloji maarifləndirmə işləri aparmaq,
uf0fc Hədəf qrupun ümumi razılığı əsasında dəstəyə daha çox ehtiyacı olan 5 nəfər Qazinin hər birinə  sosial problemlərinə dəstək üçün öz həyətyanı sahələrində100 kvm sahəyə malik istixana quraşdırmaq,
uf0fc Həmin istixanada yeni texnalogiya ilə becərilən bitkilərə qulluq işləri ilə bağlı təlim vasitəsilə bilik və bacarıqlarını artırmaq,
uf0fc Digər 15 nəfər müharibə iştirakçısının hər birinə sağlamlıqlarına elektron nəzarət edə bilən smart saat hədiyyə etmək,
 
Bu layihə çərçivəsində müharibə iştirakçıları, ailələri və qazilərlə sıx  təmaslar yaradılacaq.  Onlara peşəkar psixoloqlar vasitəsilə mənəvi dəstək veriləcəkdir. Mühaibə iştirakçıları və qazilər tək olmadıqlarını hiss edəcəklər. Bu da onu göstərir ki, ümumilikdə cəmiyyətimiz bu layihədən faydalanacaq.  Müharibədən əziyyət çəkən iştirakçılara və qazilərə sosial-psixoloji dəstəyin göstərilməsi nəticəsində onların problemlərinin həllinə dəstək olduqdan sonra  faydalananların sayı artacaq.
 
Layihənin 01.07.2023-cü ildə tamamlanmasə nəzərdə tutulmuşdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO