"Cəzalandırılmayacağına tam əmin olanlar Azərbaycan xalqını soymaqla məşğuldurlar..."

Hazırda oxunan: "Cəzalandırılmayacağına tam əmin olanlar Azərbaycan xalqını soymaqla məşğuldurlar..."

589277
Əli Məsimli: "Türkiyədə qiyməti 3 manat olan dərman Azərbaycanda 39 manata satılır"
         
3,2 manat hara,39,4 manat hara.... Cəzalandırılmayacağına tam əmin olan insanlar qiymətləri istədiyi kimi artırırlar. Bunlar Azərbaycan xalqını soymaqla məşğuldurlar.
 
       
Moderator.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli bildirib.
     
Əli Məsimli bildirib ki,əhalinin ən çox əziyyət çəkdiyi problemlərdən biri  sürətli qiymət artımıdır.Bizdə inflyasiya daha çox 3 mənbədən qaynaqlanır:birincisi,xaricdən idxal etdiyimiz məhsulların üzərində idxal inflayasiyası gəlir.İkincisi,ölkə istisadiyytaında gedən proseslərin təsiri ilə inflyasiya yaranır.Üçüncüsü,monopoliyadan qaynaqlanan qiymət artımı tüğyan edir.Ötət il əvvəlcə 4 faiz,sonra 12,5 faiz inflyasiya proqnozladırılsa da,rəsmi inflyasiya göstəricisi 14 faiz oldu.Amma bu 500-dən artıq mal və məhsul əsasında hesablandığından, real vəziyyəti tam əks elətdirmir..Ərzaq inflyasiyası rəsmən 20 fazin ətrafında göstərilsə də, bir sıra məhsulların qiymətləri 20-92 faiz intervalında artdı.Qiymət atımının belə yüksək olmasında  idxal inflyasiyasının payı çoxalsa da, monopoliyadan qaynaqlanan qiymət artımı da inflyasiyanın sürətlnmsində ciddi rol oynayır. Süni sürətdə qiymət artımının hər faizi əhaliyə ildə 500 milyon manatdan çox ziyan vurur. Süni şəkildə qiymətlərin artırılması, Azərbaycan xalqının rifahına çox mənfi təsir edir.
       
Bununla yanaşı Əli Məsimli həm də bildirib ki, ümumiyytlə qiymətlərin sürətli artımı ilə yanaşı, xüsusilə dərmanların bahalaşması ailə büdcəsinə güclü zərbə vurur: Keçən dəfə deputat həmkarım Vahid Əhmədov bu məsələ ilə bağlı faktları demişdi.Mən də tanınmış  bir professorun bu barədəki sözünü deyəcəm:Türkiyədən 3,2 manata alınan   dərmanı Azərbaycanda 39,4 manata satılır.3,2 manat hara,39,4 manat hara....Fikrimizcə cəzalandırılmayacağına tam əmin olan insanlar   qiymətləri istədiyi kimi artırırlar.Bunlar Azərbaycan xalqını soymaqla məşğuldurlar.Bunun qarşının alınması üçün təsirli tədbirlər görülməlidir.Millət vəkilinin sözlərinə görə, təsirli antiinflyasiya tədbirlərinin görülməsi üçün həm də mütləq Rəqabət Məcəlləsi qəbul olunmalıdır. Bu il Rəqabət Məcəlləsinin qəbul edilməsi böyük bir hadisə olar. Süni qiymət artımı ilə bağlı komitədə ictimai dinləmənin keçirilməsi də vacibdir.
     
Bundan başqa, millət vəkili  deyib ki, pensiya yaşı ilə bağlı xeyli müraciətlər var: Pensiya yaşının aşağı salınması məsələsini qaldıranda deyirlər ki, müəllimlər və həkimlər qalıb işləmək istəyir. Deməli pensiya yaşının differensiallaşdırılmasına ehtiyac var.Pensiya yaşına çatanların hamısı müəllim və həkimlərdən ibarət deyil axı...Yaşlaşdığına,səhhtinə,işin ağırlığına görə və sair bu kimi amillərin təsiri ilə  ağır durumda olanlar da var... Pensiya yaşına çatana qədər insanların bir hissəsi dünyasını dəyişir.Bir hisəsi də pensiyaya çıxandan bir neçə il sonra dünyasını dəyişir.Orta ömür uzunluğundan əlavə hazırda nəzərə alnması çox vacib olan başq bir göstərici-sağlam ömür uzunluğu qısalır.Belə insanlar əziyyət çəkirlər.Ona  görə də əvvəla qadınların pensiya yaşının 65-ə çatdırılması prosesinin dayamdırılmasını,ümumiyytlə isə pensiya yaşına yenidən baxılması ilə bağlı  da dinləmələrin keçirilməsini təklif edirik.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO