Leyla Əliyeva Türkmənistanda xeyriyyə fondunun filialının açılış MƏRASİMİNDƏ - FOTO

Leyla Əliyeva Türkmənistanda xeyriyyə fondunun filialının açılış MƏRASİMİNDƏ - FOTO

Hazırda oxunan: Leyla Əliyeva Türkmənistanda xeyriyyə fondunun filialının açılış MƏRASİMİNDƏ - FOTO
584711
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışı olub.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva iştirak ediblər.

Tədbirdə çıxış edən Oğulcahan Atabayeva Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə yaradılan Fondun irimiqyaslı və səmərəli iş apardığını diqqətə çatdırıb.
 

“Fondun yaradılması hər bir vətəndaşa xeyriyyəçilik fəaliyyətində iştirak etməyə şərait yaratdı. Onun köməyi ilə yüzlərlə çətin tibbi əməliyyatlar olunub və bir sıra tibb müəssisələri müasir avadanlıqlarla təmin edilib”, - deyə o bildirib.


Uşaqlara qayğının dövlət siyasətinin prioritet məsələlərdən biri olduğunu deyən Oğulcahan Atabayeva filialda uşaqlara yüksəkkeyfiyyətli tibbi yardım xidmətindən əlavə, həmçinin onların istirahəti və reabilitasiyası üçün də şərait yaradıldığını diqqətə çatdırıb. Oğulcahan Atabayeva Birləşmiş Millətlər Təşkilatının səylərinə, xüsusən də dünyada uşaqların həyat tərzinin yaxşılaşdırılmasına yönəlmiş Davamlı İnkişaf Məqsədlərinə bundan sonra da fəal dəstək olacaqlarını bildirib.

Qeyd edək ki, Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu 2021-ci ildə yaradılıb. Qurumun əsas məqsədi gənc nəslə dəstək olmaq, onların yaşayışı üçün münbit şərait yaratmaq, qayğıya ehtiyacı olan uşaqların sağlamlığının bərpasına kömək etməkdir.

Bu günə qədər Fondun vəsaiti hesabına Türkmənistanda və digər ölkələrdə bir çox xeyriyyə və humanitar layihələr həyata keçirilib.

Fondun humanizm, ədalət və xoşməramlı prinsiplərə söykənən fəaliyyəti, həmçinin dövlət tərəfindən dəstəklənir.

Fond humanitar missiyasını beynəlxalq səviyyədə də həyata keçirir. BMT-nin Uşaq Fondu UNICEF ilə əməkdaşlıq edən Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu tərəfindən bu günə qədər Türkiyə, Ukrayna, Rusiya, Əfqanıstan, Tacikistan və Fələstində fövqəladə və təbii fəlakətlərdən zərər çəkmiş uşaqlara humanitar yardımlar da göndərilib.

Leyla Əliyeva Türkmənistanda xeyriyyə fondunun filialının açılış MƏRASİMİNDƏ - FOTO - foto 1
Leyla Əliyeva Türkmənistanda xeyriyyə fondunun filialının açılış MƏRASİMİNDƏ - FOTO - foto 2
Leyla Əliyeva Türkmənistanda xeyriyyə fondunun filialının açılış MƏRASİMİNDƏ - FOTO - foto 3
Leyla Əliyeva Türkmənistanda xeyriyyə fondunun filialının açılış MƏRASİMİNDƏ - FOTO - foto 4
Leyla Əliyeva Türkmənistanda xeyriyyə fondunun filialının açılış MƏRASİMİNDƏ - FOTO - foto 5
Leyla Əliyeva Türkmənistanda xeyriyyə fondunun filialının açılış MƏRASİMİNDƏ - FOTO - foto 6
Leyla Əliyeva Türkmənistanda xeyriyyə fondunun filialının açılış MƏRASİMİNDƏ - FOTO - foto 7
Leyla Əliyeva Türkmənistanda xeyriyyə fondunun filialının açılış MƏRASİMİNDƏ - FOTO - foto 8
Leyla Əliyeva Türkmənistanda xeyriyyə fondunun filialının açılış MƏRASİMİNDƏ - FOTO - foto 9
Leyla Əliyeva Türkmənistanda xeyriyyə fondunun filialının açılış MƏRASİMİNDƏ - FOTO - foto 10
Leyla Əliyeva Türkmənistanda xeyriyyə fondunun filialının açılış MƏRASİMİNDƏ - FOTO - foto 11
Leyla Əliyeva Türkmənistanda xeyriyyə fondunun filialının açılış MƏRASİMİNDƏ - FOTO - foto 12
Leyla Əliyeva Türkmənistanda xeyriyyə fondunun filialının açılış MƏRASİMİNDƏ - FOTO - foto 13
Leyla Əliyeva Türkmənistanda xeyriyyə fondunun filialının açılış MƏRASİMİNDƏ - FOTO - foto 14
Leyla Əliyeva Türkmənistanda xeyriyyə fondunun filialının açılış MƏRASİMİNDƏ - FOTO - foto 15

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO