Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Hazırda oxunan: Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

56885

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azadə Hüseynova Dövlət Turizm Agentliyi sədrinin müavini təyin olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Qeyd edək ki, Azadə Abbas qızı Hüseynova 1984-cü ildə Zəngibasarda anadan olub.

Azərbaycan Dillər Universitetində bakalavr və magistr üzrə təhsil alıb. Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsili alıb.

Azərbaycanda fəaliyyət göstərən müxtəlif beynəlxalq təşkilatlarda çalışıb. 2018-ci ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Milli Turizm Təbliğat Bürosunda investisiyalar üzrə mütəxəssis, sonrakı dövrlərdə Dövlət Turizm Agentliyində Beynəlxalq əlaqələr şöbəsində sektor müdiri, Turizm siyasəti və strategiyası şöbəsində müdir müavini vəzifələrində çalışıb.

2019-cu ildən etibarən Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib.

Ailəlidir, iki övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO